Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycan valyutanı ən çox nəyə xərcləyir?

Azərbaycan valyutanı ən çox nəyə xərcləyir?

Azərbaycandan xaricə axan valyuta əsasən hansı məhsulların alınmasına yönəlir? Ölkəyə idxal olunan məhsulların statistikasını təhlil etsək, bunun parametrlərini müəyyən etmək mümkündür.

Fins.az Dövlət Gönmrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin altı ayında ən böyük idxal payı ilə yenə də buğda birincidir. Ölkəyə 682752,65 ton buğda gətirilib. Bu ötən ilkindən 117770,28 ton azdır. Buğda alınmasına xərclənən valyutanın statistik dəyəri isə 129132,59 min ABŞ dolları olub. İkinci yerdə isə qara metallar və onlardan hazırlanan məmulatlar dayanır – 406525,05 min ton. Bu məhsullar üzrə statistik dəyər 577601,23 min ABŞ dolları təşkil edib.
Azərbaycan özü meyvə-tərəvəz ixracını artırdığı halda, maraqlıdır ki, eyni zamanda idxal da artıb. Əgər ötən ilin altı ayında ölkəyə 146514,17 ton meyvə-tərəvəz idxal olunmuşdusa, bu ilin müvafiq dövründə bu göstərici 194940,15 tona yüksəlib. Meyvə tərəvəzin alınması üçün ölkədən 75 378,19 min ABŞ dolları valyuta axını baş verib. Azərbaycandan ən iri məbləğdə valyuta isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin alınması üçün çıxarılıb. Bunun üçün ölkəmiz 931745,31 min ABŞ dolları xərcləyib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın