Ana səhifə / Kriminal / Azərbaycan Ukraynadan 18 min dollara kartof alıb

Azərbaycan Ukraynadan 18 min dollara kartof alıb

Cari ilin 9 ayı ərzində Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof məhsulu idxal edib.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Azərbaycan bu göstəriciyə görə, idxalçı ölkələr siyahısında III yerdədir. Siyahının I pilləsində Belarus qərarlaşıb. Sözügedən ölkə 9 ayın yekunu üzrə Ukraynadan 1,1 milyon dollar məbləğində kartof məhsulu alıb. Məhsulun idxal həcminə görə Gürcüstan II yerdədir (45 min dollar məbləğində).

Hesabat dövründə Ukrayna özü Fransa, Niderland və Almaniyadan 3,8 milyon dollar məbləğində kartof məhsulu idxal edib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın