Ana səhifə / Kriminal / Azərbaycan turistlər üçün elektron vizanın verilməsi müddətini iki dəfə azaldıb

Azərbaycan turistlər üçün elektron vizanın verilməsi müddətini iki dəfə azaldıb

Azərbaycan prezidenti İlham Əliyev “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Miqrasiya Məcəlləsinə edilən dəyişiklik elektron vizanın alınması ilə bağlıdır.

Miqrasiya Məcəlləsinə əsasən elektron vizanın alınması üçün Azərbaycanda akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəkilinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir. İndiyə qədər sənədlər daxil olduqdan sonra müvafiq icra hakimiyyəti tərəfindən onlara ən geci 10 gün keçənədək baxılıb və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilib. Dəyişikliyə əsasən bu müddət 10 gündən 5 günə endirilib.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinə əsasən əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə yaşadığı ölkədə və ya üçüncü ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə və konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan ərazisində ala bilərlər. Viza verilməsi haqqında vəsatət elektron müraciət formasında da təqdim edilə bilər.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın