Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycan planşet kompüterlər ixrac edəcək

Azərbaycan planşet kompüterlər ixrac edəcək

Azərbaycan görmə qabiliyyəti məhdud insanlar üçün “Braille Pad” planşet kompüterlər ixrac edəcək.

Bunu Trend-ə “Braille Pad” layihəsinin rəhbəri Rəşid Əliyev deyib.

Onun sözlərinə görə, may ayında Avropa şirkətlərinin biri ilə “Braille Pad” ekranının prototipinin istehsalı məsələsi ilə bağlı danışıqların aparılması planlaşdırılır.

R.Əliyev qeyd edib ki, kütləvi istehsala Çində başlamaq nəzərdə tutulub: “Buna böyük maliyyə vəsaiti tələb olunur. Hesablamalarımıza görə, bu vəsait 1,5 milyon dolları ötə bilər”.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın