Ana səhifə / Kriminal / Azərbaycan Pakistanla neft üzrə saziş imzalaya bilər

Azərbaycan Pakistanla neft üzrə saziş imzalaya bilər

Pakistan və Azərbaycan neft və qazın satışı üzrə sazişi fevralın sonunda imzalaya bilərlər.

İki ölkənin hökumətləri artıq razılaşmanı təsdiqləyib.

Neft və Təbii Sərvətlər Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib ki, Azərbaycan Pakistana xam nefti, neft məhsullarını və təbii qazı ixrac etməyi təklif edib.

Qeyd edək ki, 2016-ci ilin aprelində Pakistan Neft və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Energetika Nazirliyi neft, neft məhsulları, LPG və LNG tədarükü sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması barədə razılığa gəliblər.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın