Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Azərbaycan gələn il xarici dövlət borcu üzrə 1,6 mlrd. manat ödəniş edəcək

Azərbaycan gələn il xarici dövlət borcu üzrə 1,6 mlrd. manat ödəniş edəcək

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğlərinin təsdiqləyib.

“APA-Economics”in xəbərinə görə, gələn il daxili dövlət borcu üzrə 61 mln. 163,4 min manat məbləğində ödəniş olunacaq ki, bunun da 40 mln. 158,416 min manatı faiz ödənişlərinin, 21 mln. 4,984 min manatı əsas borc üzrə ödənişlərin payına düşür.

Xarici dövlət borcuna gəlincə, bu maddə üzrə növbəti ildə 1 mlrd. 580 mln. 636,323 min manat məbləğində ödəniş olunacaq. Bunun 1 mlrd. 238 mln. 826,967 min manatı əsas borc üzrə ödənişlər, 341 mln. 809,356 min manatı isə faiz ödənişləridir.

2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 500 mln. manat səviyyəsində təsdiqlənib.

İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 10 mlrd. manat məbləğində təsdiq olunub.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın