Ana səhifə / Kriminal / Azərbaycan biznesmenləri dollarlarını Gürcüstana daşıyır

Azərbaycan biznesmenləri dollarlarını Gürcüstana daşıyır

Niyə Gürcüstana 434 milyon dollar sərmayə qoyub, özümüz investor axtarırıq?

 
Azərbaycan bu ilin 9 ayı ərzində Gürcüstana 434 milyon dollar sərmayə qoyub. Virtualaz.org-un məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Agentliyinin hesabatında bildirilib. Hesabatda diqqət çəkən əsas məqamlardan biri isə Gürcüstan iqtisadiyyatına yatırılan sərmayənin həcminə görə Azərbaycanın lider olmasıdır. Belə ki, bu ölkənin iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcminin 33 faizi Azərbaycanın payına düşür.
Maraqlıdır ki, Azərbaycanın özünün vəziyyətinin ağır olduğu, həmçinin  hökumət nümayəndələrinin “gəlin sərmayə qoyun” deyib, investor axtarışına çıxdığı bir vaxtda azərbaycanlılar niyə təxminən 500 milyon dolları Gürcüstan iqtisadiyyatına yatırır? Bu məqamda bir faktı da qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında qeyd olunmuşdu ki, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə yatırılıb ki, onların da əksəriyyəti xarici investisiyalardır. Burdan da aydın olur ki, yerli investorlar öz ölkəmizə sərmayə yatırmaqda elə də  maraqlı deyil. Səbəb nədir, azərbaycanlılar yerli hökumətə etibar etmir, yoxsa ölkədəki inkişafa inamları yoxdur?
Image result for Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli mövzuya bu cür şərh verdi: “Gürcüstanda son illərdə aparılan ciddi islahatlar ölkənin investisiya cəlbediciliyini artırıb. Qanunvericilik beynəlxalq standartlara uyğun dəyişdirilib, Ümumdünya Beynəlxalq  Ticarət Təşkilatının artıq 12 ilə yaxındır ki, üzvüdür, investisiya və biznesdə beynəlxalq hüququn normalarını qəbul edib, yaxşı investisiya mühiti var, gömrükdə çox ciddi dəyişikliklər oldu və daha rahat işləmək üçün imkanlar yaradılıb, şirkətlərin qeydiyyatdan keçməsi və işləməsi üçün çox asan bir sistem qurulub orda və sairə. Yəni Gürcüstanda bir çox sahələr var ki, azərbaycanlılar üçün cəlbedici olub. Həm coğrafi, tarixi yaxınlığı, həm də işin aparılmasının asanlaşdırılması nöqteyi-nəzərindən azərbaycanlılar son zamanlar bu ölkəyə investisiyalar yatırır. Həmçinin dövlətin də Gürcüstana  investisiyaları artıb. Bu da bəzi iri layihələr, o cümlədən Bakı-Tbilisi qaz dəmir yolu ilə, cənub axını qaz layihəsinin yeni mərhələləri ilə əlaqəli bəzi işlərin görülməsi ilə bağlıdır. Yəni beləliklə, həm dövlət, həm də vətəndaşlar səviyyəsində Gürcüstana investisiyaların həcmi artırılıb. Təbii ki, Gürcüstan cəlbediciliyi ilə buna nail olub. Azərbaycanda qanunun aliliyi, məhkəmələrin müstəqilliyi, mülkiyyət toxunulmazlığı  ilə bağlı ciddi problemlər var. Bu problemlər həll olmayana, vergidə və qanunvericilikdə dövlət səviyyəsində dəyişikliklər yaradılmayana, daha asan idarəçilik və biznes üçün yaxşı şəraiti qurulmayana qədər təbii ki, belə problemlərlə qarşılaşacağıq və azərbaycanlıların digər ölkələrə investisiyaları getdikcə artacaq”

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın