Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Kriminal / “Azərişıq”ın yarım milyon manatdan çox pulu mənimsənildi – Məhkəmə

“Azərişıq”ın yarım milyon manatdan çox pulu mənimsənildi – Məhkəmə

Bakıda yarım milyondan çox pul mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pərviz Əliyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, cinayət işi üzrə zərərçəkən şəxs qismində “Azərişıq” ASC tanınıb.

Pərviz Əliyevə 179.4-cü (mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

İş üzrə zərər yarım milyon manatdan çoxdur. Teleqraf.com

Həmçinin oxuyun

10 yaşlı Nərminin qətli işində növbəti sensasiya: boy ölçüsü… – Açıqlama

Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın işi üzrə sensasion nüanslar üzə çıxmaqdadır. Qətli törətməkdə …