Ana səhifə / Kriminal / “AZƏRİŞIQ”IN 3 ƏMƏKDAŞI GÜLLƏLƏNİB – Masallı sakini borca görə həyətinə gələnlərin qanını tökdü

“AZƏRİŞIQ”IN 3 ƏMƏKDAŞI GÜLLƏLƏNİB – Masallı sakini borca görə həyətinə gələnlərin qanını tökdü

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

“Report”un Cənub Mərkəzinin əldə etdiyi məlumata görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişığ”ın əməkdaşlarına atəş açılıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Həmçinin oxuyun

25 min borcun əvəzinə 30 min tələb ediblər

Bakıda adam oğurluğu ilə məşğul olmaqda ittiham edilən mütəşəkkil dəstənin üzvləri – Fəqan Eminoğlu, Niyaməddin …