Ana səhifə / Kriminal / “Azərişıq” ötən ili 31 mln. manatlıq zərərlə başa vurub

“Azərişıq” ötən ili 31 mln. manatlıq zərərlə başa vurub

2016-cı ilin sonuna “Azərişıq” ASC-nin aktivləri 2 mlrd. 374,020 mln. manata çatıb. “APA-Economics” dövlət şirkətinin açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, ASC-nin aktivləri 2015-ci illə müqayisədə 17,06% və ya 346,097 mln. manat artıb.

Aktivlərin 740 mln. 838,662 min manatı qısamüddətli, 1 mlrd. 633 mln. 181,044 min manatı isə uzunmüddətlidir. Aktivlərin strukturuna nəzər saldıqda məlum olur ki, burada torpaq, tikili və avadanlıqların payı 1 mlrd. 565 mln. 624,295 min manatdır. Şirkətin 678 mln. 77,288 min manatlıq qısamüddətli debitor borcu var. Hesabat dövrünün sonuna “Azərişıq” şübhəli borcların silinməsi üçün 44 mln. 658,221 min manat məbləğində ehtiyat yaradıb.

Şirkətin öhdəlikləri ötən il ərzində 51,28% və ya 337 mln. 723,586 min manat artaraq 996 mln. 301,603 min manata çatıb.

Hesabat dövründə ASC-nin nizamnamə kapitalı 32,87% və ya 433 mln. 574,295 min manat azalaraq 885 mln. 633,532 min manata enib.

Dövlət şirkəti ötən ili 31 mln. 288 min 554,94 manat məbləğində zərərlə başa vurub. 2015-ci ilin sonuna zərərin məbləği 25 mln. 636 min 439,15 manat olub.

Həmçinin oxuyun

Tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi törədilib. Yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində …

Bir cavab yazın