Ana səhifə / Kriminal / “Azərişıq” Mənsimovun şirkətinin işığını kəsdi

“Azərişıq” Mənsimovun şirkətinin işığını kəsdi

Son dövrlər yaşanan maliyyə çətinlikləri, deyəsən böyük şirkətlərdən də yan keçməyib. Maliyyə böhranı səbəbindən böyük şirkətlərin bəziləri hətta kommunal xərcləri belə ödəməyə çətinlik çəkir. Bu günlərdə isə Lənkəranda “Palmali” Şirkətlər Qrupuna məxsus şirkətin işıqları kəsilib.
AzVision.az xəbər verir ki, şirkətin işçilərindən modern.az-a verilən məlumata görə, artıq iki gündür şirkət qaranlıqda qalıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Palmali” Şirkətlər Qrupuna məxsus şirkətlə yanaşı, daha 4 şirkətin işıqlarını kəsib. İşıqlar kəsilməzdən iki gün öncə isə onlara borcla bağlı xəbərdarlıq edilibmiş.
Görünür borcun ödənilməməsi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini də elektrik enerjisini dayandırmaq məcburiyyətində qoyub.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məzuniyyətdə olduğundan elektrik enerjisinin kəsilməsi səbəbini tam dəqiqləşdirmək mümkün olmayıb.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın