Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Kriminal / “Azərişiq” ASC-nin vəzifəli şəxsinə cinayət işi açıldı – Vəzifə saxtakarlığı

“Azərişiq” ASC-nin vəzifəli şəxsinə cinayət işi açıldı – Vəzifə saxtakarlığı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsində “Azərişiq” ASC-nin vəzifəli şəxsi barəsində cinayət işi üzrə istintaq başlanıb.

Teleqraf.com xəbər verir ki, fakt üzrə Xəzər rayon Enerji Təchizatı İdarəsinin satış şöbəsinin nəzarətçi mühəndisi Əkbər Səxavət oğlu Sadiyevin barəsində cinayət işi açılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Əkbər Sadıyev Xəzər rayon Enerji Təchizatı İdarəsinin satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyərkən vəzifə saxtakarlığı edib.

O, Xəzər rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulmasını istəyən abonentlərdən əlavə pul almaqda ittiham edilir.

Həmçinin oxuyun

Təhsil Şöbəsinin keçmiş rəhbərinin cinayət işi məhkəməyə göndərilib

Mənimsədə təqsirləndirilən Balakən rayon Təhsil Şöbəsinin keçmiş rəhbəri Mahir Dibirov və digərlərinin cinayət işi üzrə …