Çərşənbə , İyun 29 2022
Ana səhifə / Kriminal / Azəriqaz”ın 4 şöbə müdiri həbs edildi

Azəriqaz”ın 4 şöbə müdiri həbs edildi

“Azəriqaz” İstehsalat Birliyinin 4 şöbə müdiri həbs edilib. 

Bu barədə AFN.az-a məlumatlı mənbə bildirib. Qeyd edilir ki, Birliyin İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəisi Elçin Qocayev, Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov və adı hələlik bizə məlum olmayan daha iki şöbə müdiri həbs edilib. Hadisənin detalları haqda məlumat verəcəyik. 

“Azəriqaz” İB ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu vermişik.

Məlumatı dəqiqləşdirməyə çalışırıq.

Həmçinin oxuyun

Körpə alveri ilə məşğul olan sayt aşkar edilib

Qazaxıstanda körpələrin alveri ilə məşğul olan internet saytı aşkar edilib. Bu barədə Almatı Prokurorluğu xəbər …