Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Kriminal / “Azəriqaz” böyük dəyişikliklər astanasında – Şöbə və idarələr birləşdirilir, müqavilələrə yenidən baxılır

“Azəriqaz” böyük dəyişikliklər astanasında – Şöbə və idarələr birləşdirilir, müqavilələrə yenidən baxılır

“Azəriqaz” İstehsalat Birliyində növbəti qalmaqalın işartılar var.

Bu barədə Mia.az-a adıçəkilən qurumun işçilərindən biri məlumat verib.

Bildirilib ki, SOCAR-da “Beynəlxalq standartlara keçid” adı altında aparılan islahatlar zəminində bəzi müəssisələrin birləşdirilməsi, işçiləri salmaq və ya onların çoxunun dərəcələrini aşağı salmağı planlanıb. O cümlədən “Azəriqaz”da d a eyni halın təkrarlanacağı qaçılmazdır:

“Bildiyiniz kimi, hazırda SOCAR-ın tabeliyində olan və birbaşa neft hasilatı ilə ilə məşğul olan müəssisələrdə bu proses gedir. “Beynəlxalq Standartlara keçid”in SOCAR-ın özündə bu ilin sonuna qədər yekunlaşdirilması gözlənilir. Sizə deyim ki, bu proses təkcə SOCAR-ın neft sənayesi üzrə olan müəsssisələrində deyil, qurumun strukturuna daxil olan 26 idarə və istehsalat birliyinin hamısında aparılcaq. Hətta bəzi müəssisələrin birləşdirilməsi gözlənilir. Hal- hazirda struktur dəyişikliyi üzrə “Azneft” İstehsalat Birliyində son planlanma aparilir. Böyük ehtimalla iyul ayından “Azəriqaz” İstehsalat Birliyində prosesə start veriləcək”.

Müsahibimizin sözlərinə görə, islahat pərdəsi altında “Azəriqaz”da xeyli işçilər ixtisara düşəcək: “Hazırda hansi işçilərlə birdəfəlik müqavilələrin ləğv ediləcəyi məxsfi saxlanılır ki, indidən birlikdə qalamqal və səs-küylü hadisələrın qığılcımları alovlanmasın. Amma fakt odur ki, SOCAR və ona bağlı olan digər müəssisələrdə tətbiq edilmiş variant “Azəriqaz”da da təkrarlanacaq. Yəni ixtisara salınacaq işciyə əmək haqqının 5 misli qədər maaş ödəniləcək. Bundan əlavə, struktur bölmədə çalışan orta təhsilli şəxslər 5-ci dərəcəyədək düşürüləcək. Orta ixtisas təhsilli və mühəndis vəzifəsi adı altinda çalışan şəxslərin dərəcələri 7-8-ci dərəcələrdək endiriləcək. İxtisasi mühəndis olmayan ali təhsilli şəxslərin isə vəzifələrə uyğun olaraq 9-10-cu dərəcəyədək olan ştatlara yerləşdirilməsi aparılacaq”.

Məlumatlı şəxs deyir ki, bu proses həm maliyyə, həm də bir müddət əvvəl “Azəriqaz”da “Ernst and Young” adlı audit təşkilatının apardığı yoxlama və bu zaman ortaya çıxan çox ciddi yeyintilər və digər faktlarla birbaşa əlaqəlidir:

“Xatırlayırsınızsa, o zaman mətbuat bu yoxlamadan yazmışdı. Aydın olmuşdu ki, qurumun rəhbəri Əkbər Hacıyev çox böyük yeyinti və qanunsuzluqlara yol verib. Hətta bildirilir ki, “Azəriqaz”da xərclər xammal və materialların alınmasında, nəqliyyat xərcləri, təmir işləri, alınan mal və materialların qiyməti orta bazar qiymətini 20 faizdən çox aşır, yəni xərclər azı 20 faiz şişirdilir. Auditin nəticəsində o da bildirirlir ki, “Sentra” adlı podratçı hətta “Azəriqaz”ın sifarişini bazar dəyərindən düz 38 dəfə baha yerinə yetirib. Bundan başqa, “Azəriqaz”da ştatların ki süni şişirdiləməsi, yəni çoxaldılması faktları da üzə çıxmışdı. Məsələn, hazırkı stuktura qədər, yənu “Azəriqaz” QSC (Qapalı Səhmdar Cəmiyyəti) olarkən, idaretmə aparatında cəmi 11 şöbə vardı və cəmi 250 işçi çalışırdı. Lakin Prezidentin 01 iyul 2009-cu il tarixli 366 nömrəli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Azəriqaz” İstehsalat Birliyinə çevriləndən və onun baş direktoru Əkbər Hacıyev təyin ediləndən sonra isə vəziyyət heyrətamiz formada dəyişib. Hazırda birliyin idarəetmə aparatında 33 şöbə var və orada 598 nəfər işçi çalışır. Əlavə yaradılan əksər şöbələr bir-birini təkrarlayır. O zaman bu süni ştat artımının niyə yaradıması da cəmiyyətin müzakirəsində idi. Hətta SOCAR sistemində hamı bilirdi ki, yeni yaradılan şöbələrin əksəriyyətinin rəhbərliyinə gətirilənlər kimlərincə 1-ci və 2-ci dərəcəli qohumlarıdır. İndisə şöbələrin birləşdirilməsi və ixtisar söhbəti onların çoxunun yola salınmasıa səbəb olacaq. Məhz bu amil də vəzifəli şəxslər aarasında qarşıdurma yaradacaq”.

Məlumatlı şəxs deyir ki, “Azəriqaz”da maaaşla yanaşı, vəzifəli şəxslərə hər ay pul mükafatı da verilib:

“Məsələn, regional idarə rəisləri 2112 manat maaşla yanaşı, hər ay 1270 manat əlavə mükafat alıb. Müavinləri 1964 manat maaşın qarşılığında 1000 manat, xidmət sahə rəisləri də 1964 manatdan əlavə 785 manat pulla hər ay mükafatlandırılıblar. Bu hal “Azəriqaz”ın mərkəzi aparatında da tətbiq edilib. Hamısı yüksəkk maaşla yanaşı, hər ay maaşın ən azı 50 faizi həcmində əlavə pulla təmin ediliblər. Maraqlıdır ki, rəhbər şəxslərinə qarşı bu qədər Səxavətli davranan “Azəriqaz”iın rəhbəri Əkbər Hacıyev cəmi 250 manat maaş alan fəhləni düşünməyib”.

Məsələ ilə bağlı qurumun rəhbəri Əkbər Hacıyevdən isə şərh almaq mümkün olmayıb.

Həmçinin oxuyun

Almaniyaya mühacirət edən keçmiş hərbiçimiz intihar etdi

Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqınlar düşərgəsində yaşayan Məmmədova Humay 2 gün əvvəl dərman …

Bir cavab yazın