Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / “Azərenerji”nin SOCAR-a 312 milyon borcu var

“Azərenerji”nin SOCAR-a 312 milyon borcu var

“Azərenerji” ASC-nin SOCAR-a olan borcunun məbləği və borcunu ödəyə bilməməsinin səbəbləri açıqlanıb.

Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, 2015-ci ildə baş vermiş devalvasiya “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyini əhəmiyyətli dərəcədə artırıb.
Məlumata əsasən, bu da “Azərenerji”nin digər öhdəliklərinin icrasında problemlərə, xüsusilə yanacağa görə SOCAR-a ödənişlərinin azalmasına səbəb olub.

“Qeyd olunanları nəzərə alaraq elektroenergetika müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılması, “Azərişıq” ASC-nin alınmış elektrik enerjisinə görə “Azərenerji” ASC-yə, “Azərenerji” ASC-nin yanacağa görə, Dövlət Neft Şirkətinə yaranmış borclarının tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 dekabr tarixli 514 s nömrəli sərəncamına əsasən büdcə ssudası ayrılıb, 2016-2025-ci illər üçün “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Sərəncama əsasən, aparılan tənzimləmələr və ödənişlər nəzərə alınmaqla 01.01.2016-cı il tarixə “Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə borcu 49,6 milyon manat, “Azərenerji” ASC-nin Dövlət Neft Şirkətinə borcu 312 milyon manat təşkil edib”, – deyə hesabatda vurğulanıb.

Qeyd edək ki, dövlət zəmanətli kreditlər və onların faizləri “Azərenerji” ASC-nin maliyyə imkanları hesabına ödənilir və 2015-ci ildə bu məqsədlə 226,9 milyon manat, o cümlədən 192,5 mln. manat əsas məbləğ, 34,4 mln. manat faiz borcu ödənilib. Ümumilikdə 01.01.2016-cı il tarixə “Azərenerji” tərəfindən 2 mlrd. manatdan artıq (1,6 mlrd. əsas məbləğ, 0,4 mlrd. manat faiz) kredit borcu qaytarılıb. (Apa)

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …

Bir cavab yazın