Cümə , Oktyabr 19 2018
Ana səhifə / Kriminal / Azərbaycanlılar Ukrayna sərhədçilərinə rüşvət təklif etdi

Azərbaycanlılar Ukrayna sərhədçilərinə rüşvət təklif etdi

Ukraynaya girişi qadağan olunmuş iki şəxs rüşvətlə ölkəyə daxil olmağa cəhd ediblər.
Unikal.org xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına rüşvət verməyə cəhd edən şəxslər Azərbaycan vətəndaşlarıdır.
“Qoptovka” keçid məntəqəsində gömrük nəzarəti zamanı onların Ukraynaya girişinin qadağan olunduğu məlum olub.
1985 və 1995-ci ili təvəllüdlü iki Azərbaycan vətəndaşı sərhədi keçmək üçün sərhədçilərə 200 ABŞ dolları təklif ediblər.
Məlumata görə, sərhədçilər puldan imtina edib və rüşvət təklifi ilə bağlı protokol rəsmiləşdiriblər. Daha sonra bu barədə polisə məlumat verilib

Həmçinin oxuyun

MTN-in iki generalı yenidən məhkəmə qarşısında – FOTOLAR

Eldar Mahmudovun ən yaxın adamları olan Teymur Quliyev və  Sübahir Qurbanov apellyasiya məhkəməsindən bəraət istəyir …