Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Kriminal / Azərbaycanlı yeniyetmə Rusiyada dəhşətli qəza törətdi – Fotolar

Azərbaycanlı yeniyetmə Rusiyada dəhşətli qəza törətdi – Fotolar

Mayın 11-də Sankt-Peterburq şəhərinin Buxarest küçəsində “Chevrolet Aveo” markalı avtomobil mikroavtobusla toqquşub. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. İnsidentdən sonra maşının sürücüsü hadisə yerindən qaçıb.

Rusiya hüquq-mühafizə orqanları dəhşətli qəzanı törədən avtomobilin sürücüsünü axtarır.

“Qafqazinfo”nun “Fontanka.ru”ya istinadən verdiyi xəbərə görə, qəza baş verdiyi zaman minik avtomobilinin sükanı arxasında 17 yaşlı on birinci sinif şagirdi olubmuş. Sosial şəbəkələrdə onun Azərbaycan vətəndaşı olduğuna dair məlumat və foto yayılıb. Belə ki, həmin fotoda maşının ön şüşəsinin üzərinə Azərbaycan bayrağının sərilib, “Chevrolet”in yanında isə həmin yeniyetmə dayanıb. O, statusunda belə yazıb: “Gəncəm, başımla düşünmürəm”.

Faktla bağlı cinayət işi açılıb.

Həmçinin oxuyun

DSX-nin baş leytenantı bıçaqlandı – Fotolar

20 sentyabr tarixində, saat 21:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti …