Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Kriminal / Azərbaycanlı sabiq məmur məşhur “qanuni oğru” ilə görüşdü (FOTO)

Azərbaycanlı sabiq məmur məşhur “qanuni oğru” ilə görüşdü (FOTO)

Mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi və mənəvi qardaşı sayılan çeçen əsilli kriminal avtoritet “Şeyx Xəmzət”in yeni fotosu yayılıb.
Yenicag.az-ın əldə etdiyi foto Rusiyanın paytaxtı Moskvada çəkilib.
Xəmzət Qastəmirovun masasında əyləşənlər arasında daha bir tanış sima var. Bu, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini olmuş Surəddin Hümbətovdur. Masada əyləşən digər şəxslərin isə Avropanın zəngin iş adamları olduğu bildirilir.
Görüşün hansı məqsəd daşıdığı isə sirr olaraq qalır.

Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …