Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Kriminal / Azərbaycanlı qonşusunun dükanına silahlı basqın etdi – Əlbəyaxa oldular +Video

Azərbaycanlı qonşusunun dükanına silahlı basqın etdi – Əlbəyaxa oldular +Video

Türkiyədə azərbaycanlı oğru zərgərlik dükanı işlədən keçmiş qonşusunu soymağa çalışıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha əvvəl döymə sənəti ilə məşğul olan azərbaycanlı Çağlar D. ov tüfəngi ilə keçmiş qonşusu Hüseyn Kartozun zərgərlik dükanına daxil olub.

Başında papaq, üzünü isə bandana ilə bağlayan Çağlar qonşusuna “Bu bir soyğundur” deyib əlindəki tüfəngin dəstəyi ilə başına zərbələr endirib.

Daha sonra dükan sahibi ilə oğru əlbəyaxa olublar. Oğrunu dükandan çıxaran Kartozun köməyinə dükan sahibi olan qonşusu gəlib.

Azərbaycanlı oğru zərərsizləşdirildikdən sonra hadisə yerinə polis çağırılıb.

 

 

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …