Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Azərbaycanlı qadın biznes mərkəzində intihar etdi – Cibindən məktub tapıldı

Azərbaycanlı qadın biznes mərkəzində intihar etdi – Cibindən məktub tapıldı

Türkiyənin Bursa şəhərində 54 yaşlı Azərbaycanlı qadın hündürmərtəbəli biznes binasının 13-cü mərtəbəsindən özünü yerə ataraq intihar edib.

Unikal.org xəbər verir ki, hadisə bu gün günorta saatlarında Osmangazi mahalının Doğanbey Məhəlləsində yerləşən hündürmərtəbəli biznes binasında baş verib.

Elmira M. iş mərkəzinin lifti ilə binanın 13-cü mərtəbəsinə qalxıb. O, otağın pəncərəsindən özünü yerə atıb. Azərbaycanlı qadının yerə düşdüyünü görənlər, hadisə yerinə təcili yarım briqadasını və polis çağırıblar. 

Polislər Elmira M.-nin cibində, Azərbaycan dilində yazılmış intihar məktubu tapıblar. Elmira M.-nin intiharıyla əlaqədar istintaq başladılıb.
 

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …