Cümə , Oktyabr 23 2020
Ana səhifə / Kriminal / Azərbaycanlı qəza törətdi, Almaniyanın magistral yolu saatlarla bağlı qaldı

Azərbaycanlı qəza törətdi, Almaniyanın magistral yolu saatlarla bağlı qaldı

Almaniyada azərbaycanlı sürücünün törətdiyi qəza nəticəsində mərkəzi magistral yollardan birində hərəkət saatlarla iflic olub.

Virtualaz.org xəbər verir ki, ötən şənbə günü Haltern-Lavesum və Haltern avtomobil yollarının kəsişməsində, Reklinhauzen istiqamətində gedən yolda Azərbaycan vətəndaşı olan 26 yaşlı sürücünün idarə etdiyi avtomobil qoşqulu yük avtomobili ilə toqquşub. Toqquşma nəticəsində iki “Mercedes” avtomobili daşıyan treyler yola aşıb, qoşqudan düşən avtomobillər yolu bağlayıb. Nəticədə A43 magistral avtomobil yolunda nəqliyyatın hərəkəti iki saatdan çox dayanıb. Uzunluğu 5 kilometrdən çox olan tıxac meydana gəlib. Qəzada bir sürücü yüngül yaralaıb. Qəzada cəmi 10 min 300 avro maddi ziyan dəydiyi bildirilir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …