Şənbə , İyul 20 2019
Ana səhifə / Kriminal / Azərbaycanlı oğrudan Türkiyədə həmyerlisinə qarşı DƏHŞƏTLİ ƏMƏL (VİDEO)

Azərbaycanlı oğrudan Türkiyədə həmyerlisinə qarşı DƏHŞƏTLİ ƏMƏL (VİDEO)

Türkiyənin Küçükçekmece bölgəsində özünü polis kimi təqdim edərək evlərə girib turistləri qəsb edən şəxslərə qarşı əməliyyat keçirilib.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 1 nəfər saxlanılıb, digər şübhəlini yaxalamaq üçün axtarışlar davam etdirilir. Belə ki, polislər cinayətkarları yaxalamaq üçün hadisə yerindəki kamera görüntülərini izləyərək onların kimliyini müəyyən ediblər. Onların həyata keçirdiyi əməliyyatlar nəticəsində bu hadisələrin məsul şəxsi kimi tanınan Röyal A. saxlanılıb. Digər şəxs hələ də axtarışdadır. 

Türkiyəyə saç əkdirmək üçün gedən azərbaycanlı D.Z.Havid orada Röyal A. ilə tanış olub və mayın 12-də onun evinə gedib. 

İddialara görə, Röyal A. onu evdə qoyub ayrıldıqdan qısa müddət sonra  evə maskalı və əlində bıçaq olan bir şəxs girib. D.Z.Haviddən 2100 dollar, 20 min rubl və bir ədəd telefon oğurlayıb. Bu hadisədən sonra Röyal A. evə gələrək heçnə olmamış kimi davranıb.

Şübhəlilərin həyata keçirdiyi ikinci cinayət isə 10 iyun tarixində gerçəkləşib. Əldə olunan məlumatlara görə İran vətəndaşı Hamidi G. dostu ilə evində olarkən qapı döyülüb və o qapını açıb. Özlərini polis kimi qələmə verən iki şəxs evə girərək axtarış edəcəklərini deyiblər. Axtarış bəhanəsi ilə  içəri daxil olan şəxslər 4 ədəd mobil telefon və 200 iran realı oğurlayaraq qaçıblar. Polislər cinayətkarları tapmaq üçün əməliyyatlara başıayıb.  

Röyal A. məhkəmədən sonra həbsxanaya göndərilib.  

Həmçinin oxuyun

Rövşən Lənkəranskinin qətlinin motivi açıqlandı

Minsk məhkəməsində “Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılovun məhkəməsi davam edir. “Rəşad Gəncinski” …