Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Kriminal / Azərbaycanlı milyarderin menecerləri həbs edildi – inanılmaz dələduzluq…

Azərbaycanlı milyarderin menecerləri həbs edildi – inanılmaz dələduzluq…

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və “Rosneft”in bir neçə menecerini həbs edib.

Musavat.com-un Rusiya KİV-ə istinadən məlumatına görə, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib.

Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdolrma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.

Əməliyyat nəticəsində ilk olaraq “Rosnef- Stavropol”un top-meneceri və “Lukoyl”un bir neçə meneceri yaxalanıb.
Bundan sonra “Rosneft”dən Oleq Kolpakov, “Lukoyl”dan isə Kovalevski və Yukinski adlı menecerlər də saxlanılıb. Onlar barəsində “mütəşəkkil cinayətkar dəstə yaratmaq” və “külli-miqdarda dələduzluq” maddəsiylə cinayət işi başlanılıb.

Həbslərin davam edəcəyi gözlənilir.

Həmçinin oxuyun

Türkiyə 29 İŞİD üzvünü Azərcaycana deportasiya edəcək (FOTOLAR)

Hazırda Türkiyədə 948 İŞİD terrorçusu deportasiya edilməyi gözləyir. Qaynarinfo xəbər verir ki, həmin şəxslərdən 296-sı İraq, …