Çərşənbə , İyun 26 2019
Ana səhifə / Kriminal / Azərbaycanlı kişidən 4 yaşlı ögey qızına qarşı TÜKÜRPƏDƏN VƏHŞİLİK

Azərbaycanlı kişidən 4 yaşlı ögey qızına qarşı TÜKÜRPƏDƏN VƏHŞİLİK

Rusiya polisi dörd yaşlı qıza kəmər vasitəsilə 15 dəfə zərbə endirən ögüy atanın işi ilə bağlı aparılan istintaq eksperimentinin videosunu yayımlayıb.

20 yaşlı Bəhram adlı şəxs onun tələbi ilə beşə qədər saya bilməyən qıza ağır bədən xəsarətləri yetirib.

Fotoda başda, kürəkdə, sinədə, qarında və qızın əllərində olan xəsarətlər aşkar şəkildə görünür.

Azərbaycanlı kişidən 4 yaşlı ögey qızına qarşı

Bəhram Krasnoyarsk polisi tərəfindən saxlanılıb və əməlini etiraf edib.

Onun sözlərinə görə, kəmərə əl atmazdan əvvəl uşağı naqillə döyüb.

Onun sevgilisi, qızın anası 31 yaşlı Mariya Belonoqova döyülməni görsə də, heç nə etməyib.

Azərbaycanlı kişidən 4 yaşlı ögey qızına qarşı

O, bu mənzildə özündən 11 yaşlı kiçik sevgilisi, keçmiş həyat yoldaşı və daha bir nəfərlə birlikdə yaşayırmış.

Mariyanın sözlərinə görə, o, Bəhrama mane olmağa qorxub.

Qeyd edilib ki, Azərbaycandan Rusiyaya köçən Bəhram dörd yaşlı Lera və onun altı yaşlı bacısı Elizabeti “tərbiyə etdiyini” deyib.

Azərbaycanlı kişidən 4 yaşlı ögey qızına qarşı

Polisdən bildirilib ki, böyük qıza o toxunmayıb. Döyülmədən sonra uşağın vəziyyəti pisləşsə də, ana tibb işçilərinə müraciət etməyib və qorxub ki, sevgilisi həbsxanaya düşəcək. Ancaq evdə qalan digər şəxs, 45 yaşlı Aleksandr qızın vəziyyətini görüb və dərhal polisə məlumat verib.

“Mən qorxdum ki, uşaq öləcək”, – o deyib.

Azərbaycanlı kişidən 4 yaşlı ögey qızına qarşı

Hazırda Bəhram uşağa qarşı zorakılıqda ittiham olunur, onu yeddi ilədək həbs cəzası gözləyir. Azyaşlı qız xəstəxanaya yerləşdirilib.

Tibb işçilərinin sözlərinə görə, qız beşə qədər saymağı yaxşı bacarır, ancaq ögey atası qarşısında qorxudan bunu edə bilməyib. (oxu.az)

Həmçinin oxuyun

Azərbaycanlı biznesmenin 2.5 milyonunu oğurladılar

Azərbaycandan olan biznesmen Rusiyanın Sankt-Peterburq şəhərində, Petrovsk sahilboyunda yerləşən yapon restoranında öz həmyerlisi ilə yemək …