Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Azərbaycanlı iş adamının otelində oğurluq – Fotolar

Azərbaycanlı iş adamının otelində oğurluq – Fotolar

“Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə Türkiyənin Antalya şəhərində tikilən “Mardan Palace” otelində oğurluq hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, otelin çölündə olan dekorativ qoruyucu hasarlar gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Türkiyə polisi 2 metr uzunluğundakı 7 hasarı oğurlayanları tapmaq üçün axtarışlara başlayıb.

Qeyd olunur ki, banka külli miqdarda borcu olan və satışa çıxarılan oteldə işçilər işdən çıxarılıb, işıq kəsilib, siqnalizasiya sistemi ləğv olunub. Buna görə də obyüktdə artıq bu kimi oğurluqlar günbəgün artır.

Xatırladaq ki, Moskvanın Basman rayon məhkəməsi noyabrın 11-də Telman İsmayılov barəsində qiyabi həbs qərarı verib. O, iki qətlin sifarişində ittiham olunur. Bundan öncə cinayət hadisələri ilə bağlı biznesmenin qardaşı Rafiq İsmayılov həbs olunmuşdu. O, 2016-cı ilin mayında Novorijsk şossesində ticarət kompleksinin rəhbəri Vladimir Savkin və “Люблино моторс” şirkətinin təsisçisi Yuri Brilyovun qətlində təqsirləndirilir.


Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …