Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Kriminal / Azərbaycanlı iş adamını Moskvada amansızlıqla qətlə yetirib – ANBAAN VİDEO

Azərbaycanlı iş adamını Moskvada amansızlıqla qətlə yetirib – ANBAAN VİDEO

Azərbaycanlı iş adamı Rusiyanın paytaxtı Moskva şəhərində qətlə yetirilib.

Criminal.az xəbər verir ki, Ordubad rayonunun Gənzə kəndindən olan Mahir adlı həmyerlimiz bankdan çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Qatillər Mahiri ölümcül yaralayaraq onun bankdan götürdüyü 50 min dollar pulu aparıblar. 

Mahir ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. İki gün komada qalsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mahir bazarda pul köçürməsi ilə məşğul olurdu. İddia olunur ki, qatillər onun bankdan pulla çıxacağını əvvəldən biliblər.

Həmçinin oxuyun

“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb

Bakıda məşhur yaşayış kompleksində iki nəfər ölüb.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə noyabrın 11-i səhər …