Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Kriminal / Azərbaycanlı “Görüş” kafesindəki qanlı “razborka”ya görə həbs olundu

Azərbaycanlı “Görüş” kafesindəki qanlı “razborka”ya görə həbs olundu

Rusiyanın Voronej vilayətində baş vermiş qanlı insidentlə bağlı hakim önünə çıxarılan azərbaycanlıya 14 il həbs cəzası verilib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məhkəmə 37 yaşlı azərbaycanlını qətldə və ölümə cəhddə təqsirli bilib.

Hadisə ötən il aprelin 19-da Voronej şəhərinin Volqoqrad küçəsində yerləşən “Görüş” kafesində baş verib. Həmin gecə ittiham olunmuş şəxs qardaşı və tanışları ilə birgə yeyib-içən zaman gözlənilmədən aralarında mübahisə düşüb. Mübahisə qanlı davaya çevrilib. Dava zamanı cibindən çıxardığı bıçaqla tanışlarının baş və sinəsindən zərbələr endirib. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olsa da, digəri ürəyindən aldığı ağır xəsarət nəticəsində vəfat edib.

İstintaq zamanı təqsirləndirilən şəxs ittihamlarla razılaşmayıb. O, məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il azadlıqdan məhrum edilib.

 

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif cinayətlərə görə axtarışda olan kriminal avtoritet Rəsul MəmmədovRusiyada güllələnərək öldürülüb. “Report” …