Cümə , Fevral 3 2023
Ana səhifə / Kriminal / Azərbaycanlı dənizçinin olduğu gəmi Liviyada girov götürüldü

Azərbaycanlı dənizçinin olduğu gəmi Liviyada girov götürüldü

Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan gəmi Xəlifə Haftarın rəhbərlik etdiyi milli ordu qüvvələri tərəfindən ələ keçirilib.

Saxlanılan “Mebruka” yük gəmisinin Türkiyəyə məxsus olduğu bildirilir. 

Məlumata görə, girov götürülən 17 nəfərlik gəmi heyəti arasında 9-u Türkiyə, 1 Azərbaycan, 7-si Hindistan vətəndaşıdır.

Gəminin qadağan olunan əraziyə girdiyi, təlimatlara əməl etmədiyi üçün saxlanıldığı deyilir.

Həmçinin oxuyun

“Bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə …