Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Azərbaycanlı biznesmenin övladlarının meyitləri tapıldı – Rusiyada

Azərbaycanlı biznesmenin övladlarının meyitləri tapıldı – Rusiyada

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, bunlar 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır.

Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da onların öldürüldüyü ehtimal olunur.

Azərbaycanlı gənclərin ataları bizneslə məşğuldur.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …