Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Kriminal / Azərbaycanlı aktyor Türkiyədə öldürüldü

Azərbaycanlı aktyor Türkiyədə öldürüldü

Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

Hadisə şəhərin Fatih rayonu ərazisində baş verib.

Belə ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Əldə etdiyimiz məlumata görə, təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları Dadaşzadənin vəfat xəbərini təsdiqləyiblər. Qafqazinfo

Həmçinin oxuyun

Nəvəsinin öldürdüyü şairə ilə bağlı yeni detallar – VİDEO

Sumqayıtda tanınmış aşıq və şairə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Baş prokurorluğun …