Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanla bağlı utancverici hesabat

Azərbaycanla bağlı utancverici hesabat

Azinforum.az-ın məlumatına görə, tanınmış iqtisadçı Rövşən Ağayev beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanla bağlı hazırladığı hesabatla bağlı bir neçə məqama toxunub: “Burada çıxarmaq üçün dərslər, harda olduğumuzu bilmək üçün mesajlar var həmin hesabatlarda.
Beynəlxaql Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya regionu üçün hazırladığı son (oktyabr) hesabatında Cənubi Qafqaz və Orta Asiya ölkələrinin 2015-ci il iqtisadi durumu təhlil edilməklə yanaşı 2016-cı il üçün gözləntiləri də yer alır.
Sənəddə diqqəti çəkən çox vacib məqam var: Fond ekspertləri region ölkələri üçün struktur islahatların istiqamətlərini və islahat aparılmalı olan hər bir istiqamət üzrə ölkələrin mövcud durumunun sadalayıb. Məlum olub ki 8 ölkə arasında:
1) Təhsilin kefdiyyətinə görə ən yaxşı vəziyyət Qazaxıstandadı. Ermənistan 2, Gürcüstan 3, Azərbaycan 4-cü yerdə gəlir. Sonrakı yerlər Qırğısıstan, Özbəkistan və Tacikstana məxsusdur
2) Maliyyə xidmətlərinin təşkili sahəsində də Azərbaycan 4-cü yerdədi. Ermənistan1-ci, Qazaxıstan 2-ci, Gürcüstan 3-cü yerdə.
3) Korrupsiya ilə mübarizə sahəsində Azərbaycan 4-cü yerdədi. Gürcüstan 1-ci, Ermənistan 2-ci, Qazaxıstan 3-cü yerdə.
4) İxracın diversifikasiyasına (rəngarəngliyinə) görə Azərbaycan 6-cü yerdədi. Gürcüstan 1-ci, Qırğızıstan 2-ci, Tacikstan 3-cü, Türkmənistan 4-cü, Qazaxıstan 5-ci yerdə. 7 və 8-ci yerlər Ermənistan və Özbəkistana məxsusdur.
5) İşguzar mühitin əlverişli olmasına görə Azərbaycan 4-cü yerdədi. Gürcüstan 1-ci, Ermənistan 2-ci, Qazaxıstan 3-cü yerdədi.
Qonşulara yaxşı-yaxşı baxmaq lazımdı – həm geridə qalmamaq, həm də səhvlərdən nəticə çıxarmaq üçün…“.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın