Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Azərbaycanla Avropa İttifaqı arasında ticarətin həcmi 30 faiz azalıb

Azərbaycanla Avropa İttifaqı arasında ticarətin həcmi 30 faiz azalıb

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi illik 30% azalaraq cari ilin yanvar-iyul ayları ərzində 3 789 524 min ABŞ dolları təşkil edib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu müddətdə ixrac illik 31% azalaraq 2 839 402 min dollar, idxal 29% azalaraq 950 122 min dollara enib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% azalaraq cari ilin ilk yeddi ayı ərzində 1 889 281 min dollar olub. Hesabata əsasən, ölkənin cəmi ixracının 46%-i, idxalının isə 22%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …

Bir cavab yazın