Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanın turizm bazarında rekord: “Bütün otellər dolu idi”

Azərbaycanın turizm bazarında rekord: “Bütün otellər dolu idi”

“Bu il Azərbaycanda qış turizmi yeniliklərlə yadda qaldı. Ölkəmizə bu günə qədər görülməyən sayda turist gəlmişdi”.

Bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov deyib. O qeyd edib ki, Azərbaycana gələn turistlərin sayı ötən illərlə müqayisədə 10 dəfə çoxdur. Bu, Azərbaycanın turizm bazarı üçün rekord göstəricidir.

“Bakı şəhəri və regionlardakı bütün 5 ulduzlu otellər dolu idi. Demək olar ki, boş yer yox idi. Ölkəmizə əsasən qonşu ölkələrdən – Rusiya, Qazaxıstan, Ukrayna və ərəb ölkələrindən turistlər gəlmişdilər. Yanvarın 5-dən etibarən ərəb turistlər məmləkətlərinə qayıdırlar. Amma Rusiya, Ukrayna və Qazaxıstandan olan turistlər hələ də Bakıdadırlar və istirahət edirlər”.

N. Bağırov bildirib ki, ərəb turistlər regionlarda, xüsusilə Qəbələ, Quba və Qusarda dincəlməyə üstünlük veriblər. Rusiya, Ukrayna və Qazaxıstandan gələnlər isə Bakı şəhərində istirahət ediblər.

“Qış turizm dövrü, xüsusilə dekabr, yanvar ayları Azərbaycanda ən zəif dövr hesab edilirdi. Amma bu ilk yeni ilimizdir ki, tam əksinə oldu. Azərbaycana əvvəlki illərlə müqayisədə 10 dəfə artıq turist axını qeydə alınıb. Bu, eyni zamanda turizm bazarı üçün gözlənilməz idi”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın