Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Kriminal / Azərbaycanın diaspor fəalına qarşı sui-qəsdin üstü açılıb

Azərbaycanın diaspor fəalına qarşı sui-qəsdin üstü açılıb

Ukraynada yaşayan Azərbaycan diasporunun fəalı, iş adamı Yalçın Qəhrəmanoğluna qarşı sui-qəsd cəhdi olub. Bununla bağlı bildirir ki, sui-qəsdin təşkilatçıları artıq zərərsizləşdirilib.

Y.Qəhrəmanoğlu Musavat.com-a açıqlamasında bildirib ki, artıq ona təhlükənin sovuşduğu barədə rəsmi məlumat verilib.

İş adamı hadidə ilə bağlı sosial şəbəkədəki şəxsi səhifəsində bildirib ki, xüsusi əməliyyatı Ukrayna Milli Polisinin Strateji Araşdırmalar Departamenti (MPSAD) həyata keçirib: “MPSAD əməkdaşları mənim cinayətkarlar tərəfindən fiziki məhv edilməm barədə əməliyyat məlumatı alıblar. 2022-ci il sentyabr ayında onlar mənim təhlükəsizliyimi təmin edib və cinayətkarlar tərəfindən fiziki olaraq məhv olunmağımın qarşısını almaq üçün səy göstəriblər. 5 yanvar 2023-cü ildə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılanlardan səsboğucu tapança, qumbaralar və zərərçəkənlərin və həmçinin mənim şəklim götürülüb. Istintaq zamanı məlum olub ki, cinayətkarların başqa məqsədləri olub, bir sıra başqa cinayətlər də olub: onlar hədə-qorxu ilə tələb etmək, yandırmaq, fiziki repressiya, sənədləri saxtalaşdırmaq, sifarişli qətllər ilə məşğul olublar.İstintaq davam edir…”

Y.Qəhrəmanoğlu yekunda “Kremlə qarşı informasiya mübarizəmdə mənə dəstək olan polis və digərlərinə təşəkkür edirəm”-yazıb.
Diaspora üzvü Musavat.com-a açıqlamasında bildirdi ki, konkret olaraq şübhələndiyi şəxslər yoxdur, çünki kimsə ilə ədavəti olmayıb. Amma Ukraynadakı aktiv fəaliyyəti, işğalçıya qarşı fəal informasiya müharibəsi aparması hansısa çevrələri ona qarşı hərəkətə gətirə bilər.

Y.Qəhrəmanoğlu hələlik istintaqın yekununu gözlədiyini və o vaxtadək şəxsi mülahizələrini açıqlamaq istəmədiyini söylədi.

Y.Qəhrəmanoğlu bildirdi ki, hazırda Kiyevdə ümumi gərginlik olsa da, həyat davam edir: “Bu gün həyəcan siqnalı verilməyib, işığımız yanır. Sonuncu dəfə 31 dekabrda qonşu məhəlləyə raket düşdü. Əvvəl elə bildik raket havada vurulub, amma sonra aydın oldu ki, yox, yaşadığımız binanın qonşuluğuna düşüb. Bizim bina da silkələndi, pəncərələrin şüşələri qırıldı”.

Həmçinin oxuyun

Rasim Məmmədova hökm oxundu

Sumqayıt Şəhər Məhkəməsində özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun …