Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Azərbaycanın axtarışa verdiyi banda başçısı Moskvada həbs olundu – 20 il sonra

Azərbaycanın axtarışa verdiyi banda başçısı Moskvada həbs olundu – 20 il sonra

Rusiyada 20 il ərzində başqa adla yaşayan Azərbaycandan olan cinayətkar qrupun lideri Moskvada polis tərəfindən saxlanılıb.
Bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.
Onun sözlərinə görə, əslən Cənubi Qafqazdan olan 49 yaşlı şəxs Azərbaycan ərazisində törətdiyi banditizm, adam oğurluğu, quldurluq əməllərinə görə beynəlxalq axtarışda olub. O, Miçurinski prospektində Çevik Qüvvələrin operativ dəstəyi ilə tutulub.
“Fiqurant 1997-ci ildən cinayət məsuliyyətindən yayınıb. O, başqa bir SSRİ vətəndaşının pasportundan istifadə edərək Rusiya vətəndaşlığını və ümumvətəndaş pasportları alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, bu ad altında Azərbaycan Respublikasında tamamilə başqa adam yaşayır”, – İ.Volk bildirib.
O həmçinin deyib ki, qanunvericiliyin pozulması ilə alınan vətəndaşlıq ləğv edilib, verilən pasportlar isə etibarsız sayılıb.
Fiqurantın yaşadığı evə baxış zamanı “İJ-70”, “Brauninq” tapançaları və 9 mm kalibrli 23 patron, saxta Qazaxıstan pasportu aşkar edilərək götürülüb.
Onun barəsində qanunsuz silah dövriyyəsi barədə cinayət işi qaldırılıb, həbs qətimkan tədbiri seçilib.
“Cəza müddəti bitəndən sonra onun Azərbaycana ekstradisiyası gözlənilir”, – nazirlik rəsmisi əlavə edib.
Saxlanılan şəxsin Rusiya ərazisində digər cinayətlərə aidiyyəti araşdırılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …