Çərşənbə , İyun 16 2021
Ana səhifə / Kriminal / Azərbaycanın 10 rayonunda pambıq tədarüküməntəqələri tikiləcək

Azərbaycanın 10 rayonunda pambıq tədarüküməntəqələri tikiləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 15-nə qədər “Aqrolizinq”in Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ruslan Hüseynovdur. Telefon: (012) 452 66 94, (051) 255 92 42, E-poçt: [email protected]

Təkliflərə sentyabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Həmçinin oxuyun

Azərbaycanda terror-təxribat törədən erməni terrorçularının məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri – …

Bir cavab yazın