Ana səhifə / Kriminal / Azərbaycanı nə gözləyir? – Rəsmi proqnoz

Azərbaycanı nə gözləyir? – Rəsmi proqnoz

İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnozlar açıqlanıb.

Belə ki, 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1,0 faiz olmaqla 61,4 mlrd. manat təşkil edəcək. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7 faiz həcmində nəzərdə tutulur. 2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,0 mlrd. manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2 faizi sənayenin, 6,1 mlrd. manatı və ya 10,0 faizi tikintinin, 24,3 mlrd. manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək.

Beləliklə, növbəti il və sonrakı 3 ildə fiskal yığcamlaşdırma siyasətlərinin davam etdirilməsi, dövlət büdcəsi xərclərinin optimallaşdırılaraq daha qənaətlə icra edilməsi, dövlət sektorunda xərclərin səmərəliliyin daha da artırılması, dövlətin borc və öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, dövlət borcunun sərt limitləşdirilməsi, dövlət büdcəsinə ARDNF-dan transfertin az proqnozlaşdırılması və növbəti illərdə tədricən azaldılması, qeyri-neft sektoru və onun aparıcı sahələrində qabaqlayıcı iqtisadi artımın, habelə dövlət investisiyaları deyil, qeyri-neft ixracına əsaslanan iqtisadi artım modelinə keçidin dəstəklənməsi istiqamətində siyasət davam etdiriləcək.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın