Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,51% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 306 644 nəfərə çatıb. Beləliklə, cəmi xarici ziyarətçi sayında azərbaycanlıların xüsusi çəkisi də 2,22%-dən 2,50%-ə yüksəlib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, təkcə bu ilin iyun ayı ərzində Azərbaycandan Türkiyəyə 63 223 nəfər səfər edib, bu da illik müqayisədə 26,81% çoxdur.

Yanvar-iyun aylarında Türkiyəyə səfər edən xarici vətəndaşların sayı illik 14,05% artaraq 12 249 449 nəfərə çatıb. Bu müddətdə Türkiyəyə səfər edən xarici vətəndaşlar arasında ilk beşlikdə Rusiya (1 692 103), Almaniya (1 246 744), Gürcüstan (1 073 271), İran (1 006 481) və Bolqarıstan (799 279) sıralanıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın