Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıq geri qaytarılıb

Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıq geri qaytarılıb

Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına aparılan 21 ton fındıq karantin obyektinin mövcudluğu səbəbindən sərhəddə saxlanılıb.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Yük “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Karantin fitosanitar nəzarəti nəticəsində fındıq ləpəsinin Rusiya ərazisinə buraxılması qadağan edilib.
Ekspertlərin rəyinə görə, fındıq ləpəsində karantin obyekti olan küsküotu aşkar olunub. Yük sahibi inzibati məsuliyyətə cəlb edilib.(Oxu.Az)

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın