Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycandan pomidor ixracı artıb

Azərbaycandan pomidor ixracı artıb

Ötən il Azərbaycandan Rusiyaya 100 min tondan çox pomidor yola salınıb. Bu il ixracatın başqa ölkələrə də yayılacağı gözlənilir.

İstixana şəraitində pomidor yetişdirən təsərrüfatlar il ərzində xaricə satışlarını 36 min ton artırıblar. Azərbaycan pomidoru ənənəvi Rusiya bazarıyla yanaşı, ərəb ölkələrinə də (Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə – BƏƏ-yə) yol tapıb.

«Bu il də istixanalar, əsasən, ixraca gedən pomidor sortları sifariş verirlər. İxrac müqavilələri bağlanıb, özü də valyuta ilə. Hədəf – ərəb ölkələri və Moskva bazarlarıdır», – Abşerondakı istixanalardan birinin direktoru Tələt Əlizadə AzadlıqRadiosu-na belə deyib.

T. Əlizadə müəssisələrin əksəriyyətinin ixrac niyyəti ilə sertifikat (HACCP, İSO9001, İSO22000) aldığını da sözlərinə artırıb. Ötən il BƏƏ-yə 57 ton Azərbaycan pomidoru satılıb. Bu il bu göstəricinin bir neçə dəfə artacağı ehtimal edilir.

Pomidor istehsalı üzrə ixtisaslaşan istixanaların əksəriyyəti Şəmkir, Göyçay və Abşeron rayonları ərazisində yerləşir. Təkcə Şəmkirdəki təsərrüfatların toplam sahəsi 2 min hektarı aşır.

«Bir əkin mövsümü boyunca hər hektardan 180-240 ton məhsul götürülür. Pomidorun satış problemi də yoxdur. Tədarükçülər kəndbəkənd gəzib münasib qiymətə malı satın alırlar. Fermerlər pomidoru «elə qapısındaca» 3,50-4 manata satırlar». T. Əlizadə pomidor yetişdirməyin yüksək rentabelliyinə diqqət çəkərək, bu səbəbdən yeni-yeni istixanaların qurulduğunu vurğulayır.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2015-ci ildə ölkədə 515 min ton pomidor yetişdirilib. Bunun 12 faizi ixrac edilib. Ötən ilin istehsal göstəriciləri hələ açıqlanmayıb.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, 1 milyard 237.1 milyon dollar qeyri-neft məhsulları ixracatında pomidorun payı 8,2 faizdir. Ötən il pomidor ixracatçıları ölkəyə 94,2 milyon dollar – 2015-ci ildəkindən 36,4 milyon dollar çox valyuta gətiriblər.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın