Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Azərbaycandan olan kriminal avtoritet azadlığa çıxır

Azərbaycandan olan kriminal avtoritet azadlığa çıxır

Fevralın 1-də Jitomirdə keçirilən xüsusi əməliyyat zamanı yerli sahibkarın qətlində şübhəli bilinən Azərbaycanın 31 yaşlı vətəndaşı saxlanılmışdı.

Virtualaz.org Ukrayna KİV-ə istinadən bildirir ki, tutularkən onun üstündən silah tapılmışdı.

Cinayətkar il yarım idi ki, beynəlxalq axtarışda hesab edilirdi. Jitomir polisinin ərazi kommunikasiyası üzrə bölməsinin xəbərinə görə, azərbaycanlı Ukraynaya qeyri-leqal yolla gəlib. Cümə və şənbə günləri (2-3 fevral) polislər müvafiq tədbirin elan edilməsi üçün şübhəli şəxsi məhkəməyə gətiriblər. Ancaq heç bir iclas olmayıb.

 

Birinci dəfə — vəkillər tərəfindən tərcüməçiyə ehtiyac olması ilə bağlı verilən bildirişə görə. Demə, Azərbaycan vətəndaşı nə rus, nə də Ukrayna dilini bilmirmiş… İkinci dəfə isə hakim olmadığına görə.

Qanunvericiliyə əsasən, qətimkan tədbirinin elanının proseduru üçün nəzərdə tutulmuş müddət — 48 saat bu gün, fevralın 3-ü axşam bitəcək. Belə məhkəmə presedentləri Jitomirdə əvvəllər də baş verib: polis cinayətkarı tutub, amma məhkəmə onu buraxıb.

Qeyd edək, 23 may 2016-cı ildə Jitomir bazarlarından birində kafedə nahar zamanı 29 yaşlı sahibkarı güllələmişdilər. Polis cinayətə aidiyyəti olanların şəxsiyyətini müəyyən etmişdi. Qəsdən adam öldürmədə şübhəli bilindiyinə görə barəsində qiyabi həbs qərarı çıxarılan Azərbaycan vətəndaşı o vaxtdan beynəlxalq axtarışa verilmişdi…

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …