Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycandakı Rusiya bankı cəzalandırıla bilər

Azərbaycandakı Rusiya bankı cəzalandırıla bilər

Bank VTB «Azərbaycan»ın toplam kapitalı Mərkəzi Bankın tələbindən minimum 3 dəfə azdır

Bank VTB «Azərbaycan» ASC, axır kı, ötən ilin maliyyə hesabatını açıqlayıb. 2014-cü ili təxminən 5 milyon manat təmiz mənfəətlə başa vuran bank bir il sonra 36,5 milyon manat zərərə uğrayıb.

“Qaragün” bankın biri də artıb?

Ötən il Bank VTB «Azərbaycan» faiz gəlirlərini 6,2 milyon manat artırmağa nail olsa da, ayırdığı kreditlərdən 44 milyon manat zərərə düşüb.

Bankın xarici valyuta əməliyatlarından zərəri də 7 milyon manatı aşır. Bu azmış kimi, bankın əməliyyat xərcləri də ilboyu 5,5 milyon manat artıb.

İlin əvvəlinə bankın toplam kapitalı 12,7 milyon manata düşüb. Bu isə o deməkdir ki, Bank VTB «Azərbaycan» ASC bu göstərici üzrə Mərkəzi Bankın (MB-nin) tələbini (50 milyon manat) ödəmir.

Bu durum bankın lisenziyasının geri alınmasına yetərincə əsas yaradır. İlin əvvəlində elə bu səbəbdən lisenziyası alınan bir çox bank məhkəmə qərarı ilə müflis elan edilib.

Yanvarın əvvəlinə Bank VTB «Azərbaycan»ın kredit portfeli 95 milyon manat şişərək, 364 milyon manat olmuş, daha sonra öhdəliklər də 212,5 milyon manat artaraq 453 milyon manata çatmışdı.

Uzağı 2 ilə «cücələr» sayılacaq

Ötən il ciddi problemlərlə üzləşən bank MB-dən 2016-2018-ci illərdə geri ödənilməsi şərtiylə 30 milyon manat, ana şirkəti olan RAO «Bank VTB»-dən 15 milyon ABŞ doları kredit və 300 milyon Rusiya rublu məbləğində subordinasiya borcu cəlb edib. Üstəlik, «Paşa Bank» ASC də ona 5 aya qaytarmaq şərtiylə 5 milyon dollar kredit ayırıb.

Bank VTB «Azərbaycan» ASC səhmlərinin 51faizi Bank VTB ASC-yə (Rusiya), 48,99 faizi isə «AtaHolding» MMC-yə məxsusdur. İşadamı Əşrəf Kamil oğlu Kamilovun bankda 0,01 fazi payı var.

Satdılar, ardından fikir dəyişdilər?

Maliyyə hesabatında bildirlir ki, 2007-ci ildə «AF Bank» ASC-nin keçmiş səhmdarları öz səhmlərini Kiprdəki «Balmwell Limited» və «Nies Ventures Limited» şirkətlərinə satsa da, 2008-ci ilin iyulunda və 2009-cu ilin noyabrında səhmlər indiki sahiblərinə keçib.  Azadlıq.org

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın