Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Azərbaycanda yüksək vəzifəli məmur dövlət qurumunu məhkəməyə verdi

Azərbaycanda yüksək vəzifəli məmur dövlət qurumunu məhkəməyə verdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev məhkəməyə müraciət edib. 

“Yeni Sabah”ın məlumatına görə, Əvəz İlyas oğlu Qocayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı məhkəməyə verib. 

Məhkəmə aprel ayının 7-də Bakı İnzibati Məhkəməsində hakim Nəriman Abıyevin sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytında Əvəz Qocayevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və müharibə veteranı adı alması xəbəridə yer alıb. Belə ki, Əvəz Qocayev  1993-cü ildə qısa müddət  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib vəzifəsində çalışıb. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …