Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycanda xarici valyutanın satışı ilə bağlı yeni qərar qəbul olunub

Azərbaycanda xarici valyutanın satışı ilə bağlı yeni qərar qəbul olunub

Azərbaycanda “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib.  Mərkəzi Banbkın bu qərarı oktyabrın 13-dən etibarən qüvvəyə minib. Qərar fiziki və hüquqi şəxslərin mülkiyyətində olan xarici valyuta vəsaitlərinin dövriyyəyə qayıtmasını asanlaşdırmaq məqsədi daşıyır.

Yeni qərarla şəxsiyyəti təsdiq edən sənəd əsasında müştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınmasına icazə verilib.

Qərara əsasən, Mərkəzi Bankın İdarə Heyətinin 2015-ci il 29 dekabr tarixli 44/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5-ci bəndi aşağıdakı redaksiyada verilib: “8.5. Mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.”

Qeyd edək ki, əvvəlki qərara əsasən, mübadilə şöbəsində bir müştəriyə 500 dollara ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılırdı. Report.az

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın