Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə

Azərbaycanda vəzifəli şəxsin ailəsində faciə

Qax rayonu sakini Orucova Türkan Sədi qızı cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Publika.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Orucova yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.

Onurğa sümüyündən ağır xəsarət alan 31 yaşlı qadın Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlum olub ki, onun onurğasında sınıq var və bu səbəbdən Türkan Orucova Bakıdakı ixtisaslaşmış xəstəxanaya gətirilib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. T.Orucova əməliyyat vaxtı vəfat edib.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində vəfat edən Türkan Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun baldızıdır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …