Çərşənbə , İyul 17 2019
Ana səhifə / Kriminal / Azərbaycanda uçot dərəcəsi – KƏSKİN ARTDI

Azərbaycanda uçot dərəcəsi – KƏSKİN ARTDI

2016-cı il sentyabrın 14-dən Azərbaycanda uçot dərəcəsi 15% təşkil edir. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Xəbər verildiyi kimi, sonuncu dəfə uçot dərəcəsi 2016-cı ilin avqust ayında nəzərdən keçirilib və 8 avqust tarixindən 7%-dən 9,5%-dək artırılıb.

“Mərkəzi Bankın qərarı ilə sentyabrın 14-dən uçot dərəcəsi 9,5%-dən 15%-dək, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 15%-dən 18%-dək, aşağı həddi 4%-dən 12%-dək artırılıb”, – deyə bankdan bildirilib.

Uçot dərəcəsinin yüksəldilməsi barədə qərar antiinflyasiya tədbirləri çərçivəsində qəbul olunub. “Bu zaman tədiyə balansı ilə bağlı vəziyyət və valyuta bazarında tendensiyalar da nəzərə alınıb”, – deyə məlumatda vurğulanır.*

“İnterfaks-Azərbaycan”

Həmçinin oxuyun

1 nömrəli “qanuni oğru”nun həbsinin “Quli”yə nə dəxli?

Oleq Şişkanov kriminal aləmdə  “nömrə 1“ olsa da, o, daha çox slavyan qruplaşmasının lideri kimi …

Bir cavab yazın