Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Kriminal / Azərbaycanda türmədə olan avtoritetin oğlanları da həbs olundu – FOTO

Azərbaycanda türmədə olan avtoritetin oğlanları da həbs olundu – FOTO

Şirvan şəhərində hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-ü (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Məlikov saxlanılıb.

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunan Mahir Məlikov və qardaşı Zahir Məlikov kriminal aləmdə nüfuza sahib olan “Marojna” ləqəbli Tahir Məlikovun oğlanlardır.

Tahir Məlikovun özü də həbsdədir. O, kriminal dəstənin üzvləri – Əli Ağami, “Maqa Hacıqabullu” ləqəbli Məhəmməd Heydərov, “Marojna” ləqəbli Tahir Məlikov və Əfsər İbrahimovla birlikdə mühakimə olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinim hökmü ilə Əli Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, ölüm işinə görə Əli Ağami ilə birlikdə məhkəmə qarşısına çıxarılan digər təqsirləndirilən şəxslər – Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimovun hər birinə 18 il həbs cəzası verilib.

Pravda.az teleqraf.com-a istinadən bildirir ki, Əli Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov 2015-ci ilin oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar.

Bir neçə gün sonra Əli Ağaminin qardaşı onu Şirvan şəhər polis şöbəsinə apararaq istintaqa təhvil verib. Bundan bir neçə gün sonra isə Etibar Məmmədov keçirilən əməliyyat zamanı öldürülüb.

İttihama görə, 2015-ci il noyabrın 5-də saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzindəki kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insident qətllə nəticələnib.

Həmin vaxt qətli törədən Şirvan şəhər sakinləri – 1989-cu il təvəllüdlü Abdulla Hüseynov və 1985-ci il təvəllüdlü Tural Salmanov həbs edilib. Silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib.

Şirvan sakini Abdulla Hüseynov isə “Makarov” tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.

Mübahisə noyabrın 5-də baş tutan və “Makarov” tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Sarıbalayev və kriminal aləmdə “Kiti Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətllə sonuclanan “razborka”nın davamıdır.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Salmanov və qətli törədən 1989-cu il təvəllüdlü Əli Ağami saxlanılıb.

Qan tökülsə də “razborka” səngimək bilməyib. Qətlə görə həbsə alınan Əli Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Zaur Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb.

Məlum olub ki, bu qəza da həmin qanlı “razborka”dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini “Maqa” ləqəbli Mahir Tahir oğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib.

Mahir Tahir oğlu evində Zaur Ağamiyə bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan Mahir Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Zaur Ağami tutulan şəxsin atası Tahir tərəfindən təhdid olunub. Sonra isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin “Vosmoy” deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal “razborka”ya çağırıldığı haqda da məlumat var.

Bildirilir ki, Zaur Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu “razborka” məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.

Qeyd edək ki, Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs – Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb. Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Xatırladaq ki, hadisə zamanı qətlə yetirilən Zaur Sarıbalayev kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə “Lotu Quli”nin adamı kimi tanınıb.

Həmçinin oxuyun

Kürdəmirin həbsdəki sabiq icra başçısı “məni buraxın, bəraət verin…” deyir

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli …