Cümə , Oktyabr 23 2020
Ana səhifə / Kriminal / Azərbaycanda toyda kütləvi dava – dostunu ürəyindən bıçaqladı

Azərbaycanda toyda kütləvi dava – dostunu ürəyindən bıçaqladı

Göygöl rayonunda kütləvi dava baş verib.

BAKU.WS-un verdiyi məlumata görə, hadisə rayonun şadlıq saraylarından birində qeydə alınıb.

İçkili vəziyyətdə olan gənclər arasında düşən dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Elman Cəfərov ürək nahiyyəsindən bıçaqlanıb.

Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

İlkin məlumatlara görə, Elman Cəfərov öz dostu tərəfindən bıçaqlanıb. Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …