Bazar ertəsi , May 23 2022
Ana səhifə / Kriminal / Azərbaycanda tanınmış idmançının maşını polis idarəsində qarət olundu

Azərbaycanda tanınmış idmançının maşını polis idarəsində qarət olundu

Azərbaycanın tanınmış idmançı Gözəl Zutova qarət edilib.

Bu barədə Lent.az-a xanım idmançı özü məlumat verib.

Onun sözlərinə görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb: “Şəxsi avtomobilimi satmaq məqsədilə sənədləşmə aparmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə getmişdim. Maşında mənimlə birgə azyaşlı uşağım var idi. Sənədləşmə ilə əlaqədar binaya daxil olandan sonra naməlum şəxs avtomobilin içərisindəki əl çantamı götürərək hadisə yerindən qaçıb. Çantamda çox bahalı boyunbağı, az miqdarda pul və şəxsi sənədlərim olub. Polisdən mənə bildirildi ki, hadisəni törədən şəxs kameralara düşüb. Lakin görüntüləri mənə göstərmədilər. Hadisəyə görə hələ heç kim tutulmayıb. Kamera görüntüləri varsa polis niyə onu tutmur? Hər şey ortadadır, oğurluq hamının gözü qarşısında olub. Hazırda hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır”. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Qeyd edilib ki, həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır: “Bu barədə Gözəl Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb”.

Xatırladaq ki, G.Zutova bir neçə idman növü üzrə Azərbaycanı təmsil edib.

Həmçinin oxuyun

Vilyam Hacıyev ifadə vermək üçün vaxt istəyib

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə …