Şənbə , Fevral 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanda təqaüddə olan polisin evi yarıldı – 30 minlik somavarlar oğurlandı

Azərbaycanda təqaüddə olan polisin evi yarıldı – 30 minlik somavarlar oğurlandı

Qazax rayonunda oğurluq hadisəsi baş verib.
Azinforum.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından unikal.org-a verilən məlumata görə, bir neçə gün bundan əvvəl Qazaxda Ədalət Hüseynovun evindən qədimi, 1856-cı ilə aid 3 ədəd somavar oğurlanıb. Həmin somavarlar ev sahibinə ulu babasından qalıb.
Hadisə ilə bağlı polis məlumatlandırılıb.
Qeyd edək ki, Ə.Hüseynov təqaüddə olan sabiq polis sahə rəisi vəzifəsində çalışıb.
Somavarları oğurlanan keçmiş sahə rəisi Ə.Hüseynov Unikal.org-a faktı təsdiqləyib:
“Somavarların kim tərəfindən oğurlandığı bilinir. Amma sözügedən şəxs gizləndiyindən, onun tapılıb istintaqa cəlb edilməsi hələki mümkün olmayıb”.
Xatırladaq ki, oğurlanan somavarların bazar qiyməti (hər biri) 15-30 min manat dəyərində dəyişir.

Həmçinin oxuyun

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq …